“Futbolçular fikirləşməlidir” - Azər Bağırov

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən "Kəpəz"lə ev matçından sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə normal futbol oynadıq, qol epizodlarımız oldu. İkinci hissədə isə qapımıza iki zərbə oldu və hər ikisi qolla nəticələndi. Üzücüdür. Futbolçular fikirləşməlidir. Tapşırdıqlarımızı icra etmək lazım idi, bunu etmədilər".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar