Saka “Tottenhem”lə səfər oyununu şərh etdi

“Arsenal”ın vingeri Bukayo Saka İngiltərə Premyer Liqasının 35-ci turunda “Tottenhem” üzərində qələbədən doğan hisslərini paylaşıb.
Sports.az xatırladır ki, “Arsenal” bu səfər oyununda 3:2 hesablı vacib qələbə qazanıb.

“Son 20 dəqiqə xoşagəlməz oldu, amma buna dəyərdi. Bilirik ki, bu, böyük derbidir və onlar evdə 0:3 hesabı ilə uduzmaq istəmirdilər. Bir qol vurduqdan sonra oyun dəyişdi. Amma komanda ilə fəxr edirəm. Döyüşdük və üç xal qazandıq. Sadəcə sakit qalmaq gərəkdir. Sonda səbrli olduq və qalib gəldik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar