Azərbaycan yığması Bolqarıstanla qarşılaşacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Sports.az xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzmuşdu - 0:4. Təmsilçimiz aprelin 9-da Latviya ilə görüşəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar