“Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Səbail”ə qalib gəldi

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşması Tovuzda yerli “Turan Tovuz”la “Sabah” arasında keçirilib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Çempionluğu təmin etmiş “Qarabağ” isə bu dəfə “Səbail”i sınağa çəkib. Altı qolun qeydə alındığı matç Ağdam klubunun inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub – 1:2. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
29-cu tur

6 aprel

“Turan Tovuz” - “Sabah” 2:0
Qollar: Aleks Souza, 26. Otto Con, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.

“Qarabağ” - “Səbail” 4:2
Qollar: Yassin Benzya, 15; 40. Toral Bayramov, 69-pen. Nəriman Axundzadə, 90 - Nir Bardea, 7. Rüfət Abdullazadə, 88.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

Qarabağ: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar