“Zirə” “Qəbələ”yə, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

Sports.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.

“Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. 

Turun qapanış matçında isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub (1:2), “Turan Tovuz” “Sabah”a (2:0),
“Qarabağ” isə “Səbail”ə (4:2) qalib gəlib.

Misli Premyer Liqası
29-cu tur

7 aprel

“Zirə” - “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

“Neftçi” - “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
“Neftçi Arena”, 20:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar