Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

Sports.az yerli "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar