Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.

Sports.az xəbər verir ki, millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

U-17 turnirdəki son oyununu aprelin 28-də, Bakı vaxtı ilə saat 13:00-da Tacikistan yığmasına qarşı keçirəcək.

Azərbaycanın U-17 millisi ilk matçında Belarus kollektivinə 0:4 hesabı ilə məğlub olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar