ÇL-in yeni mövsümünün reqlamenti müəyyənləşdi

ÇL-in yeni mövsümünün reqlamenti müəyyənləşdi

Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb.

Sports.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, qitənin nüfuzlu klub turniri əvvəlki mövsümdəki qaydalarla təşkil olunacaq.

Reqlamentə əsasən, ilkin və əsas mərhələnin oyunları qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə baş tutacaq.

Milli komandaların 2026-cı il aprel ayının reytinq cədvəlində ilk 4 pillədə qərarlaşan ölkələrin hər biri yarışda 2 klubla təmsil olunacaq. Rusiya cəzalandırıldığı üçün Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda mübarizə aparacaqlar.

Turnirin ilkin və əsas mərhələsinin püşkatma mərasimi iyulun 8-də keçiriləcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 27-dən noyabrın 1-dək oynanılacaq. Növbəti püşkatma noyabrın 4-də baş tutacaq və burada 1/8 və 1/4 final mərhələlərinin cütlükləri müəyyənləşəcək.

Komandalar 1/8 finalda noyabrın 23-də və dekabrın 4-də, 1/4 finalda isə 2027-ci il fevralın 8-də və 19-da (ev və səfər) qarşılaşacaqlar. Turnirin final mərhələsi 2027-ci il mayın 6-sı, 7-si, 8-i və ya 9-da təşkil olunacaq.

Aşağı reytinqli komandalar turnirə ilkin mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Mini-turnirin qalibləri və göstəricilərindən asılı olaraq ən yaxşı 2-ci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələnin A yolunda reytinq cədvəlinin 1-11-ci və 16-19-cu yerlərində qərarlaşan klublar yarışacaqlar. Hər qrupda 4 iştirakçı mübarizə aparacaq və ilk 3 yeri tutan komandalar 1/8 finala yüksələcək. B yolunda isə 12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda yarışacaqlar. Bu yoldan yalnız 1-ci yeri tutacaq 4 klub 1/8 finalda iştirak hüququ əldə edəcək.

Elit raundu əvəz edən 1/8 final mərhələsində komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq. Analoji şərtlər 1/4 finalda da qorunacaq və yekunda üstünlük qazanan tərəflər final mərhələsinə yollanacaqlar.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasının yeni mövsümündə də "Araz-Naxçıvan" təmsil edəcək. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.

Son xəbərlər
Dante baş məşqçi təyin edildi
Özbəkistan millisinin DÇ-2026 üçün yekun heyəti
Tedeskonun yeni iş yerə bəlli oldu
“Sumqayıt”dan ayrılan futbolçu Qazaxıstan klubunda
İordaniya DÇ-2026-ya bu heyətlə yollanır
AGF-də Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçildi
Ölkə birinciliyinin qalibləri bəlli oldu
İngiltərə klubu Qlasnerlə yollarını ayırdığını açıqladı
Bakıda keçirilən beynəlxalq turnirin qalibləri müəyyənləşdi
Konate İspaniya nəhənginin müşahidəsi altındadır
Bakıda Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
Baumqartner DÇ-2026-da oynaya bilməyəcək
“Qalatasaray”ın hücumçusu Premyer Liqaya üz tuta bilər
Malta və San Marino ilə oyunların hakim təyinatları açıqlandı
Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı olacaq
Federasiya rəhbərliyi millinin hazırlıq prosesi ilə maraqlanıb
MY “Real”ın yarımmüdafiəçisini satın ala bilər
“Araz-Naxçıvan”da 10 ayrılıq
İmamverdiyevin yeni komandası bəlli oldu
“Azər Bağırov “Şamaxı”da istədiyi komandanı qura biləcək" - Ayxan Abbasov
“Professor” “Milan”a tələblərini irəli sürdü
“Leypsiq”in hücumçusu PSJ-yə “hə” dedi
ÇL-in yeni mövsümünün reqlamenti müəyyənləşdi
Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlandı
“Bayer”in müdafiəçisi “Barselona”ya can atır
Konseysau istefaya göndərildi
“Sabah”ın futbolçusu dünya çempionatına aparılmır
“Qəbələ” daha iki futbolçu ilə yolları ayırdı
"Mezoterro və Kamara A millisinə cəlb edilə bilər" - Ayxan Abbasov
DAHA ÇOX

Ən çox oxunanlar