AGF-də Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçildi

AGF-də Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçildi

Azərbaycan Güləş Federasiyasının (AGF) Texniki və Hakimlər Komitəsinin növbəti iclası keçirilib.

Sports.az AGF-yə istinadən xəbər verir ki, baş katib Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan iclasda federasiyanın İdman şöbəsinin müdiri Kamran Quliyev və yunan-Roma güləşi üzrə milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov Texniki və Hakimlər Komitəsinin tərkibinə üzv seçilib.

Görüş zamanı komitənin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə hakimlərin və məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili, azyaşlı və yeniyetmə güləşçilər arasında liqa yarışlarının keçirilməsi, həmçinin maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

İclasda səsləndirilən təkliflər dəyərləndirilib, komitənin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və gələcək iş planının hazırlanması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Görüşdə hakimlik institutunun inkişafı, yarışların keyfiyyətinin artırılması və güləşin bütün yaş kateqoriyalarında daha effektli idarə olunması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər
İsveç millisindən darmadağın
“Bərabərlik qolu komandanın xarakterini göstərdi”
“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”
Niderland - Yaponiya matçının ən yaxşı futbolçusu bilindi
Niderland - Yaponiya matçında məhsuldar heç-heçə
“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”
Almaniya millisində yeni rekordçu
Şotlandların dünya çempionatında yeni rekordçusu
“Yeddi qol vurmağımızdan çox razıyam”
Almaniya - Kurasao oyununun ən yaxşı futbolçusu bəlli oldu
“Turan Tovuz” hazırlığa başladı
“Liveprul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisi İspaniyaya məğlub oldu
Almaniya millisindən darmadağın
“Mançester Siti”nin qapıçısı “Nyukasl”a üz tuta bilər
“Çelsi” “Liverpul”un hücumçusunu imzalamaq istəyir
Məhəmməd Muradlı beynəlxalq turnirdə birinci oldu
Yarımmüdafiəçisi “Mançester Siti”dən ayrıla bilər
Azərbaycan yığması Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı
PSJ “Real”ın transfer hədəfini ələ keçirməyə hazırlaşır
“Şamaxı” növbəti transferini açıqladı
Azərbaycan millisi Avropa Kubokunun finalına yüksəldi
Avropa nəhəngləri “Everton”un müdafiəçisi ilə maraqlanırlar
Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
“İnter” “Real”ın braziliyalı ulduzuna diqqət yetirir
“Roma” “Milan”ın hücumçusu ilə güclənə bilər
“Tottenhem” “Liverpul”un hücumçusuna görə təklif ünvanlayacaq
Xabi Alonsonun “Çelsi”də görmək istədiyi oyunçu bəlli oldu
“Barselona” daha bir transfer hədəfi müəyyənləşdirdi
DAHA ÇOX

Ən çox oxunanlar