İordaniya DÇ-2026-ya bu heyətlə yollanır

İordaniya millisinin DÇ-2026 üçün heyəti müəyyənləşib.
Sports.az xəbər verir ki, bu barədə İordaniya Futbol Assosiasiyası məlumat yayıb.
Heyətə aşağıdakı futbolçular daxil edilib:
Qapıçılar: Yazid Abu-Layla ("Əl-Hüseyn"), Abdalla Əl-Faxori ("Əl-Vihdat"), Nurəddin Bani-Attiya ("Əl-Faysali");
Müdafiəçilər: Abdalla Nəsib ("Əl-Zavraa"), Saed Əl-Rosan, Səlim Obayd, Ehsan Haddad (hamısı "Əl-Hüseyn"), Yazan Abu-Arab ("Seul"), Məhəmməd Abualnadi ("Selanqor"), Husam Abu Daqab ("Əl-Salmiya"), Anas Bani-Yasin ("Əl-Faysali"), Mohannad Abu Taha ("Əl-Oruba"), Məhəmməd Abu Haşiş ("Əl-Karma");
Yarımmüdafiəçilər: Nur Əl-Ravabde ("Selanqor"), Nizar Əl-Raşdan ("Əl-Xaldiyə"), İbrahim Sade ("Əl-Muharrak"), Racai Ayed ("Əl-Hüseyn"), Amer Camus, Məhəmməd Əl-Daud (hər ikisi "Əl-Vihdat"), Mahmud Əl-Mardi ("Dibba");
Hücumçular: Mussa Əl-Təmari ("Renn"), Ode Əl-Faxori ("Piramids"), Məhəmməd Abu-Zrayk ("Raca" Kasablanka), Ali Azaytse ("Əl-Şabab"), İbrahim Sabra ("Lokomotiva Zaqreb"), Ali Olvan ("Əl-Sailiyə").





























