Konseysau istefaya göndərildi

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi Serjiu Konseysao ilə yolları ayırdığını açıqlayıb.
Sports.az xəbər verir ki, 51 yaşlı portuqaliyalı mütəxəssis komandaya 2025-ci ilin oktyabrından rəhbərlik edirdi.
Onun komandası başa çatan mövsümdə Səudiyyə Ərəbistanı çempionatını 5-ci pillədə başa vurub, Kral Kubokunda yarımfinala, Asiya Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib.
Klubun yaydığı bəyanatda bildirilib ki, qərar komandanın çıxışlarının ətraflı təhlili və əldə olunan nəticələrin qiymətləndirilməsindən sonra qəbul edilib. Rəhbərlik bu addımın klubun qarşıdakı mərhələdə müəyyən etdiyi məqsəd və vəzifələrin həyata keçirilməsi üçün zəruri olduğunu vurğulayıb.
Qeyd edək ki, “Əl-İttihad”ın yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərarını açıqlaması gözlənilir.





























