Dünya futbolu
“Professor” “Milan”a tələblərini irəli sürdü

02.06.2026 | 16:00
Məlum olduğu kimi, “Milan” Avstriya yığmasının baş məşqçisi, “Professor” ləqəbli 67 yaşlı alman mütəxəssis Ralf Ranqniklə maraqlanır.
Sports.az daha əvvəl xəbər verdiyi kimi, alman mütəxəssisin bir neçə tələbi var və müvafiq tələblərin nədən ibarət olduğu açıqlanıb:
Əvvəla, Ranqnik “Milan”da sərbəst çalışmaq istəyir – mütəxəssis, işinə müdaxilənin qəti əleyhinədir. Həmçinin, Ranqnik “rossoneri”ni çalıdıracağ halda, “Milan”a özünün məşqçi qərargahını da dəvət etmək fikrindədir. Eləcə də, alman mütəxəssis “Milan”ın uşaq-yeniyetmə oyunçular bölməsində islahatların aparılmasını tələb edir.
Son xəbərlər





























