Millimizin voleybolçusu İndoneziya klubuna keçdi

Türkiyənin "Ankara Karayolları” klubu ilə yollarını ayıran Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.

Sports.az "Jatim.pikiran-rakyat" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu "Qresik Petrokimiya" ilə anlaşıb.

Rəhimova daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliyada legioner həyatı yaşayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar