Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçilik seminarını uğurla tamamlamış uşaq məşqçilərinə sertifikatların təqdim olunma mərasimi baş tutub.

Sports.az xəbər verir ki, federasiya rəsmiləri tərəfindən seminarı uğurla tamamlamış 44 məşqçidən 9-u B, 35-i isə C kateqoriyalı sertifikatlarla təltif olunub.

Qeyd edək ki, uğursuz nəticə göstərən məşqçilər üçün ABF tərəfindən yay aylarında yenidən seminarlar təşkil olunacaq.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar