Sarri “Nottingem Forest”in təklifini geri çevirib?

İtaliyan mütəxəssis Mauritsio Sarri “Latsio”nun baş məşqçi vəzifəsini tərk etdikdən bir neçə gün sonra İngiltərə Premyer Liqasının təmsilçisi “Nottingem Forest”in rəhbərliyi onunla əlaqə saxlayıb və Sarriyə “meçəçilər”i çalışdırmağı təklif edib.

Sports.az xəbər verir ki, “Nottingem Forest” Sarriyə 3 illik müqavilə təklif edib.

Amma 65 yaşlı mütəxəssis növbəti mövsüm başlayana qədər gücünü bərpa etmək istədiyi üçün bu təklifi rədd edib.

Xatırladaq ki, Mauritsio Sarri bu il martın 13-də öz xoşu ilə “Latsio”dan ayrılıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar