“Real” gələn həftə iki futbolçusu ilə müqaviləsini yeniləyəcək

Gələn həftə “Real” oyunçuları - müdafiəçilər Naço Fernandes və Lukas Vaskeslə müqavilə müddətinin uzadılmasını elan etmək niyyətindədir.

Sports.az xəbər verir ki, hər iki futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Yeni müqavilələr isə bir il müddətinə nəzərdə tutulub. Bildirilir ki, Karlo Ançelotti və onun məşqçilər qərargahının üzvləri bu futbolçuların meydanda bütün tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirdikləri üçün, onlarla müqavilənin yenilənməsinin məqsədəuyğunluğunu klub rəhbərliyinin diqqətinə çatdırıblar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar