“Qalatasaray”dan darmadağın

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Qalatasaray” səfərdə “Alanyaspor”la qarşılaşıb. İstanbul nəhəngi səfərdə 4 cavabsız qolla qalib gəlib.

Hazırda 87 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 85 xalla 2-ci, “Trabzonspor” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiktaş” və “Rizəspor”un 48, “Başakşəhər” və “Kasımpaşa”nın 46, “Sivasspor”un 44 xalı var.

Türkiyə Super Liqası
32-ci tur

12 aprel

Trabzonspor – Sivasspor 0:1
Qol: Meniq, 52.

13 aprel

Kasımpaşa – Konyaspor 0:2
Qollar: Ndao, 21. Gilyerme, 90+8-pen.

Ankaragücü – Qaziantep 3:1
Qollar: E.Bekiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.

Adana Dəmirspor – Kayserispor 0:0

Beşiktaş – Samsunspor 1:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınc, 68.

14 aprel

Pendikspor – Başakşəhər 2:3
Qollar: Tiam, 18. Midtsyo, 56 – Fiqeyredo, 36; 50. Pelkas, 80.

Hatayspor - İstanbulspor 0:3
Qollar: Loşay, 68. Mamadu, 71. V.Temel, 87.

Rizəspor – Antalyaspor 3:0
Qollar: Zeqiri, 33; 60. Qaiç, 82.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qollar: C.Keleş, 45+1 – Dzeko, 49. Batşuayi, 57.

15 aprel

Alanyaspor – Qalatasaray 0:4
Qollar: B.A.Yılmaz, 56; 72. Ziyeş, 61. İkardi, 83.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar