“Bayern” Zidanı baş məşqçi kimi nəzərdən keçirmir

“Bayern” fransalı mütəxəssis Zindəddin Zidanın Münhen komandasının baş məşqçisi vəzifəsinə namizədliyini nəzərdən keçirmir.

Sports.az xatırladır ki, daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, Münhen klubu 51 yaşlı mütəxəssisin xidmətində maraqlı olub və onun ətrafı ilə əlaqə saxlayıb.

Vurğulanır ki, “Bayern”in əsas namizədi alman mütəxəssis Yulian Nagelsmandır. İtalyan mütəxəssis Roberto De Zerbi və ya ispan mütəxəssis Unai Emeri isə ehtiyat seçimlər kimi nəzərdən keçirilirlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar