Sudakov daha yüksək səviyyəli kluba keçmək istəyir

“Şaxtyor”un və Ukrayna yığmasının yarımmüdafiəçisi Georgi Sudakov “şaxtaçılar”dan ayrılaraq, Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərindən birinə keçməyi gözlədiyini bildirib.

Sports.az Sudakovun bu barədə fikirlərini təqdim edir.

“Ümidvaram ki, yüksək səviyyəli kluba keçəcəyəm və bu məqsədə çatmaq üçün çalışıram. Mən heç bir liqanın adını çəkə və ya fərqləndirə bilmirəm. Mən Avropanın ən yaxşı beş liqasını izləyirəm, amma indi “Şaxtyor”un oyunçusuyam və burada əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

Futboluma, inkişafıma və komandama mümkün qədər diqqət yetirmək istəyirəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar