“Bayer”dən yeni rekord

Almaniyanın “Bayer” klubu “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb.

Sports.az xəbər verir ki, Leverkuzen təmsilçisi ardıcıl 44 oyunda uduzmamaqla buna nail olub.

Xabi Alonsonun yetirmələri son olaraq Avropa Liqasının 1/4 final mərhələsində İngiltərə “Vest Hem”i ilə səfərdə bərabərə qalıblar – 1:1. “Bayer” 2011/2012 mövsümündə ardıcıl 43 matçda uduzmayan İtaliya təmsilçisi “Yuventus”un rekordunu yeniləyib.

Cari mövsüm heç bir oyunda uduzmayan “Bayer” Bundesliqada çempionluğu rəsmiləşdirib, Almaniya Kubokunda finala, Avropa Liqasında isə yarımfinala yüksəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar