Mbappedən PSJ-də daha bir rekord

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe rekorda imza atıb.

Sports.az xəbər verir ki, Liqa 1-in 29-cu turunda, “Loryan”la matçda (4:1) fərqlənən forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 görüşdə 43-cü qolunu vurub.

25 yaşlı oyunçu bu qolları Fransa Liqa 1, ölkə kuboku və Çempionlar Liqası qarşılaşmalarında rəqib qapılarından keçirib. Fransa millisinin üzvü 2020/2021 mövsümündə 42 qolla yadda qalmışdı.

Qeyd edək ki, 2018-ci ildən Paris klubunun şərəfini qoruyan Mbappenin müqavilə müddəti bu yay başa çatır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar