Futbol
Madueke “Aston Villa” ilə oyunda “Çelsi”nin ləğv edilmiş qolu haqda danışdı
29.04.2024 | 19:15
“Çelsi”nin hücumçusu Noni Madueke Premyer Liqanın 35-ci turunun “Aston Villa” ilə səfər oyununda (2:2) “zadəganlar”ın 90+5-ci dəqiqədə vurulub amma ləğv edilmiş qolu ilə bağlı şərh verib.
Sports.az Maduekenin bu barədə fikirlərini təqdim edir:
“Məncə, qol sayılmalı idimi? Bəli. Bu vəziyyətlə bağlı başqa söz yoxdur. Bəzən oyunun müxtəlif mərhələlərində daha yaxşı oynamalıyıq. Keyfiyyətimiz boldur və yandığımız zaman istənilən komanda ilə bərabər oynaya bilərik. Son oyun dəhşətli idi. Bu gün 70 dəqiqə ərzində isə komandamız əla idi”.