Qurban Qurbanova Macarıstandan dəvət

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim "ədalətli oyun" prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - "Jan Barotra" diplomuna layiq görülən "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək təntənəli mərasimə dəvət olunub.

Sports.az xəbər verir ki, Qurbanov oktyabrın 21-i keçiriləcək qala gecədə mükafatını alacaq.
Qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar