Atası Erlinq Haland haqda Roy Kinin tənqidlərinə cavab verdi

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın atası Alf-İnqe Haland “Mançester Yunayted”in irland keçmiş yarımmüdafiəçisi Roy Kinin norveçli futbolçunun aşağı liqa oyunçusuna bənzədiyini söylədiyi tənqidlərinə cavab verib.

Sports.az ata Halandın bu baradə cavabını təqdim edir:

“Kin və ya digər mütəxəssislərin təcrübəsinə malik olduğunuz zaman fərqli fikir formalaşdıra bilərsiniz. Amma yəqin ki, belə tənqidi fikirlər səsləndirməyi düzgün hesab edirlər. Bununla belə, komanda qalib gəlir və Erlinq hələ də Premyer Liqanın ən sərrast futbolçusudur, o qədər də pis deyil”, deyə atası Halandın səviyyəsini yüksək qiymətləndirdiyini başa düşməyə əsas verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar