PSJ Osimhenin transferi üzərində çalışır

PSJ-nin “Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenlə maraqlanmasına rəğmən, Fransa nəhəngi futbolçunun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqını - 120 milyon avro məbləği Neapol klubuna ödəmək istəmir.

Sports.az xəbər verir ki, Osimhenin transferi üçün tələb edilən məbləği azaltmaq üçün PSJ müqaviləyə yarımmüdafiəçisi Karlos Soleri və vingeri Marko Asensionu daxil etmək seçimini nəzərdən keçirir.

Xüsusilə, müqavilə üçün oxşar tərtibatın PSJ-nin idman müşaviri Luiş Kampuş tərəfindən təklif edildiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar