Raşford MY-dən yeni müqavilə almaq üçün PSJ-nin adından necə istifadə edib?

“Mançester Yunayted”in vingeri Markus Raşford son aylarda mətbuatda bu mövzuda yazılan xəbərlərə rəğmən, heç vaxt PSJ-nin hədəfi olmayıb.

Sports.az xəbər verir ki, ingilis futbolçunun nümayəndələri “Mançester Yunayted”dən təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə almaq üçün Fransa nəhənginin Raşfordla maraqlanması ilə bağlı şayiələrdən istifadə ediblər.

Raşfordun cari mövsümdə nümayiş etdirdiyi futbol səviyyəsinin, eləcə də meydandan kənar davranışlarının PSJ rəhbərliyini qətiyyən heyran etmədiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar