Xabi Alonso "Bayer"ə Bundesliqanı qazandırdı, indi fikri nədir?

Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso "Real"ın bir və ya iki ildən sonra ona müraciətini gözləyir.

Sports.az xəbər verir ki, ispan mütəxəssis məhz bu səbəbdən “Liverpul” və “Bayern”in təkliflərini rədd edib.

Mersisayd klubu Alonsoya müddəti 2027-ci ilə qədər müqavilə təklif etmiş, "Bayern" isə marağını ispan mütəxəssisin açıq şəkildə razılığından sonra təsdiqləmək fikrində idi.

Vurğulanır ki, "Real"ın prezidenti Florentino Peres hazırda "qaymaqlılar"ı çalışdıran italyan mütəxəssis Karlo Ançelottinin yerinə ən yaxşı namizəd kimi məhz Xabi Alonsonu görür.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar