Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürüb.

Sports.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb.

Onlardan yalnız biri Balabəy Ağayev (60 kq) finala qədər irəliləyib. O, finalda Fransisko Qarriqosa (İspaniya) uduzaraq gümüş medal qazanıb.

Eyni çəkidə mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.

Aydan Vəliyeva isə (52 kq) də bürünc medal görüşündə uduzaraq beşinci olub.

Kişilərdən Yaşar Nəcəfov (66 kq), qadınlardan isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Acelya Toprak (57 kq) mübarizəni erkən dayandırıb.

Yarış aprelin 27-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar