Şirkətlər Liqasında çempion müəyyənləşdi

Şirkətlər Liqasında çempion bəlli olub.

Sports.az xəbər verir ki, “Etopaz”ın baş sponsorluğu ilə Şirkətlər Liqasında 25 böyük şirkət komandası mart ayının 12-si mübarizəyə başlayıb.

Hər qrupda 6 komanda olmaqla komandalar 4 qrupda mübarizə aparıb. 11 iyunda keçirilən final qarşılaşmasında “Azersun” “Rahat Market”i 2:1 məğlub edərək turnirin baş mükafına sahib olub.

3-cü yer uğrunda qarşılaşmada “AzəriMed” “Caspian Cable Systems”dən üstün olub – 7:3.

Turnirdə fərqlənən oyunçular “Etopaz” tərəfindən dəyərli hədiyyələr ilə təltif olunublar.

Ən yaxşı qapıçı
Elmar Qasımov – AzəriMed

Ən yaxşı oyunçu
Əsgər Alışanov – Rahat Market

Ən məhsuldar oyunçu
Eşqin Tağıyev – Azersun

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar