ETOPAZ Polad Həşimovun xatirəsini andı - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, səngər generalı Polad Həşimovun şəhadətə ucalmasından 3 il ötür.

Bütün həyatı boyunca sadəliyi, təvazökarlığı, həmçinin qorxmazlığı və Vətənə sədaqəti ilə örnək olan Polad Həşimovun ölümü də həyatı kimi əfsanələşdi. Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimov milyonları ayağa qaldırdı, bununla da böyük zəfərə gedən yolun önünü açdı.

Adı xalqın qəlbində əbədiləşən Polad Həşimovun əziz xatirəsi bu gün ölkənin hər yerində anılıb. Şəhid generalımızı dərin sayğı ilə anan şirkətlərdən biri də "BAL LİNE" olub. Qeyd edək ki, "BAL LİNE" şirkətinin ticarət markası ETOPAZ-dır. Şirkət Polad Həşimovun xatirəsinə videoçarx həsr edərək sosial media səhifələrində paylaşıb.

Həmin videoçarxı təqdim edirik:

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar