Paredes keçmiş klubuna qayıdacaq

PSJ-in yarımmüdafiəçisi Leandro Paredes klubunu dəyişəcək.

Sports.az xəbər verir ki, argentinalı futbolçunun “Roma”ya keçəcəyi gözlənilir. Artıq hər iki klubun bu keçid üçün razılaşdığı bildirilir.

29 yaşlı futbolçu daha əvvəl 2014-2017-ci illərdə “canavarlar”ın şərəfini qoruyub.

Qeyd edək ki, Paredes son mövsümü icarə əsasında “Yuventus”da keçirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar