“Qalatasaray”dan Ramosa rəsmi təklif

PSJ-dən ayrılan Serxio Ramos karyerasını Türkiyədə davam etdirə bilər.

Sports.az xəbər verir ki, “Qalatasaray” 37 yaşlı futbolçuya 5,5 milyon avro maaşla iki illik müqavilə təklif edib.

Azad agent olan ispan müdafiəçi İstanbul klubundan fikirləşmək üçün gözləmələrini istəyib.

Qeyd edək ki, Ramos 2021-ci ildən PSJ-də çıxış edirdi. Onun Səudiyyə Ərəbistanı klublarından da təklifi olduğu deyilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar