Lopeteqi “Əl-İttihad”ın təklifini rədd edəcək

“Sevilya”nın və “Vulverhempton”un sabiq baş məşqçisi Xulen Lopeteqi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun təklifini qəbul etməyəcək.

Sports.az xəbər verir ki, ispan mütəxəssis hələ də İngiltərə Premyer Liqasında çalışmaq istəyir və bu səbəbdən “Əl-İttihad”ın təklifi ilə razılaşmağı planlaşdırmır.

Lopeteqinin yenidən Premyer Liqada işləməyə can atdığını bu payızda Xulen özü açıqlamışdı. 57 yaşlı məşqçinin son iş yeri bu ilin avqustunda tərk etdiyi İngiltərə təmsilçisi “Vulverhempton” olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar