Dieqo Kosta Azərbaycan klubuna keçə bilər


Qış transfer pəncərəsində ən böyük tələbat olan mövqe hücumçudu.
Azərbaycan Premyer Liqasında çıxış edən klublarda bu mövqedə oynaya biləcək potensialda yerli futbolçuların olmaması nəzərləri xarici bazara yönəltməyə məcbur edir.
Klublarımız transfer haqqı ödəməmək üçün adətən azad agent axtarır.
Sports.az xəbər verir ki, hazırda Azərbaycan klublarına təklif olunan hücumçular arasında bir çox tanınmış isim var.
Onlardan biri dünyaca ünlü Dieqo Kostadı.
Madrid "Atletiko"su, "Çelsi" və İspaniya yığmasındakı çıxışları ilə tanınmış forvardın son klubu "Botafoqo" olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar