Şahruddin qapısını toxunulmaz saxladı

Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda evdə "Fatih Karagümrük"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Adana təmsilçisi 10 oyundan sonra qalib gəlib.

 

 

"Adana Demirspor" - "Fatih Karagümrük" - 1:0
Qol: Balotelli, 27-pen.

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Hazırda turnir cədvəlində "Adana Demirspor" isə 35 xalla 9-cu, "Fatih Karagümrük" 29 xalla 16-cıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar