“Barselona” yarımmüdafiənin dayağına seçimlərini araşdırır

“Barselona” rəhbərliyi komandanın yarımmüddafiə xəttinin dayaq bölgəsinə seçimlərini araşdırır.

Sports.az xəbər verir ki, “blauqrana” rəhbərliyi əsas transfer hədəfi, “Everton”un belçikalı “dayaqçı”sı Amadu Onananın transferinə nail ola bilməyəcəyi halda, daha üç futbolçudan birinin alınmasına cəhd edə bilər.
Ehtiyat seçimlər olaraq “Barselona”nın diqqəti Aleş Qarsiya (“Jirona”), Kefren Türam (“Nitsa”) və Mats Viffer (“Feyenoord”) üzərində cəmlənib.

Vurğulanır ki, Aleş Qarsiya sırf müdafiə oyunçusu olmadığı üçün onun barəsində şübhələr var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar