“Növbəti yarışlarda “bürünc”ü qızıl medalla əvəz etmək istəyirəm”

“Növbəti yarışlarda “bürünc”ü qızıl medalla əvəz etmək istəyirəm”

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində üçüncü yeri tutan Azərbaycan güləşçisi Zəhra Kərimzadə (72 kq) növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz etməyi düşünür.

Sports.az xəbər verir ki, bu barədə 18 yaşlı idmançı özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb:

"Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam. İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım. Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum. Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm".

2024-cü ildə yeniyetmələr arasında dünya və Avropa üçüncüsü olan Zəhra Kərimzadə ilk dəfə böyüklərin mübarizəsində fəxri kürsüyə qalxıb. 1/4 finalda olimpiya mükafatçısı, dünya və Avropa çempionu Buse Tosuna 0:2 hesabıyla məğlub olan Kərimzadə üçüncü yer uğrunda qarşılaşmada gənclər arasında dünya və böyüklər arasında Asiya çempionu Mahiro Yoşitakeyə (4:1) qalib gəldi.

Son xəbərlər
“Sabah” “Karvan-Yevlax”a qarşı - YENİLƏNİR
Mbappenin durumuna aydınlıq gəldi
Modriç mövsümü başa vurdu
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Araz Saatlı” “Göygöl”ə, “Ağdaş” “Şəki Siti”yə qalib gəldi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan yığması Berlində 3-cü oldu
“Prezident Kuboku” reqatasına qatılan ölkələr hər il razılıqlarını bildirirlər”
“Liv Bona Dea Arena”da yenilənmə işlərinə start verilib
“Prezident Kuboku”nda çox ölkənin iştirak etməsi sevindirici haldır” - Nazir
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
“Tottenhem”in futbolçusu DÇ-ni buraxacaq
1-ci Liqada 24-cü turun təyinatları açıqlandı
Final oyununun tarixi açıqlandı
Salah zədələndi
“Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb
Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal
“Neftçi” – “Qarabağ” oyunu rəqəmlərin gözü ilə
BWF-dən oyun formatında əsaslı dəyişiklik
AMADA rəsmisi Lozannada qlobal antidopinq forumunda iştirak edib
Yığmamız Monteneqroya yollandı
Azərbaycan birinciliyi keçiriləcək
“Nəticə istədiyim kimi oldu”
“Hədəfim Avropa çempionu olmaq idi”
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu
“Bu medalın əyarını qızıla çevirəcəm” - Djioyev
“Çempion olmaq istəyirdim” - Hacıyev
Cəlal oynadı, komandası evdə uduzdu
Dünya çempionatında 7 medal
DAHA ÇOX

Ən çox oxunanlar