Musanın komandası İsveç kubokunun finalında! - VİDEO

İsveç kubokunda finalçılar müəyyənləşib.

Sports.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” Stokholm derbisində AİK-lə üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Qurbanlının komandası 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. “Yurqorden” mayın 9-da keçiriləcək həlledici oyunda “Malmö” ilə qarşılaşacaq.

Musa bugünkü görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Anar Şabanoğlu, Stokholm

ETOPAZ-ın dəstəyilə hazırlanıb

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar