“Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Səbail”ə qarşı

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması Tovuzda yerli “Turan Tovuz”la “Sabah” arasında keçiriləcək.

Çempionluğu təmin etmiş “Qarabağ” isə bu dəfə “Səbail”i sınağa çəkəcək.

Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub – 1:2. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
29-cu tur

6 aprel

“Turan Tovuz” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 16:00.

“Qarabağ” - “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar