“Sadə oynamaq lazımdır, biz isə çətinə gedirik” - Renduliç

“Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları görüşdən sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

"Turan Tovuz"u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq.

Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu, alınmırdı. Sadə oynamaq lazımdır. Biz isə çətinə gedirdik.

Hazırda 5 komandanın arasında çox böyük xal fərqi yoxdur. Məqsədimiz odur ki, xallar götürək. İşimizi görməyə davam edəcəyik. Başqa çarəmiz yoxdur.

Davit Volkov komandaya çox kömək edir. Təəssüf ki, bu gün onun səhvindən qol buraxdıq. Amma mən onu günahlandırmıram. Bir səhvə görə belə düşünmək olmaz. Hər kəsə şans veririk. 

Bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün "Turan Tovuz" layiqli qələbə qazandı. “Qarabağ”la oyuna qədər zədəlilərdən Elvin Camalov dəqiq qayıdacaq. Ümid edirəm ki, Emmanuel Apehlə Anatoli Nuriyev də bizə qoşulacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar