“Zirə” ilə “Qəbələ”nin 38-ci dueli

“Qəbələ” Premyer Liqanın 29-cu turu çərçivəsində səfərdə “Zirə” ilə görüşəcək.

Sports.az xəbər verir ki, Bakıda baş tutacaq bu qarşılaşma rəqiblərin ümumilikdə 38-ci dueli olacaq.

Əvvəlki 37 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan komanda 15 heç-heçəyə imza atıb və 8 dəfə uduzub. “Zirə” ilə matçlarda 48 qol vuran “qırmızı-qaralar” 32 top buraxıb. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardirləri 4 qol vuran Aleksey Qay və Ülvi İsgəndərovdur.

İndiyədək keçirilən 37 görüşdən 34-ü çempionat, 3-ü kubok çərçivəsində keçirilib. Premyer Liqada 12 dəfə qalib gələn “Qəbələ” 15 matçdan 1 xalla ayrılıb. Digər 7 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 40 qol vuran “qırmızı-qaralar” 29 top buraxıb.

20-ci dəfə “Zirə”nin qonağı olacaq “Qəbələ” rəqib meydanında 6 dəfə qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 24 qol vurub və 21-nı buraxıb.

Aprelin 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 16:30-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar