“Sumqayıt”la “Neftçi”dən heç-heçə, “Zirə”dən darmadağın

Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Meydan sahibləri bu qarşılaşmada darmadağına seviniblər.

Turun qapanış matçında isə “Neftçi” “Sumqayıt”ı qəbul edib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub (1:2), “Turan Tovuz” “Sabah”a (2:0), “Qarabağ” isə “Səbail”ə (4:2) qalib gəlib.

Misli Premyer Liqası
29-cu tur

7 aprel

“Zirə” - “Qəbələ” 4:0
Qollar: Rəhim Sadıxov, 4. Rafael Utziq, 25. Ceyhun Nuriyev, 27. Fuad Bayramov, 57.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbrahimov.
Baş məşqçi: Kaxaber Sxadadze.

“Neftçi” - “Sumqayıt” 1:1
Qollar: Emin Mahmudov, 73-pen - Yuri Matias, 13-öz qapısına.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
“Neftçi Arena”, 20:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 17. Rəhman Hacıyev, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Miodraq Bojoviç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar