“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

Sports.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Son günün ilk oyunu "Səbail"lə "Kəpəz" arasında keçiriləcək.

Turun son matçında isə "Sabah" artıq çempionluğu təmin etmiş "Qarabağ"ı qəbul edəcək.

Daha öncə "Sumqayıt"la "Zirə" qolsuz heç-heçəyə razılaşıblar, "Qəbələ" evdə "Turan Tovuz"a 1:2 hesabıyla uduzub. "Neftçi" isə evdə "Araz-Naxçıvan"ı 3 cavabsız qolla məğlub edib.

Misli Premyer Liqası
30-cu tur

14 aprel

"Səbail" – "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena", 16:30
 
"Sabah" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena", 19:00

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar