“Qarabağ” “Sabah”a məğlub oldu

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.

Sports.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Son günün ilk oyunu "Səbail"lə "Kəpəz" arasında keçirilib. Altı qolluq bu matçda qalib müəyyənləşməyib.

Turun son matçında isə "Sabah" artıq çempionluğu təmin etmiş "Qarabağ"ı qəbul edib. Ağdam klubu bu oyunda məğlubiyyətə üzülüb.

Daha öncə "Sumqayıt"la "Zirə" qolsuz heç-heçəyə razılaşıblar, "Qəbələ" evdə "Turan Tovuz"a 1:2 hesabıyla uduzub. "Neftçi" isə evdə "Araz-Naxçıvan"ı 3 cavabsız qolla məğlub edib.

Misli Premyer Liqası
30-cu tur

14 aprel

"Səbail" – "Kəpəz" 3:3
Qollar: Pedro Nuno, 39. Aleksandr Ramalinqom, 53. Rüfət Abdullazadə, 73 - Elmir Tağıyev, 25. Latir Fall, 29. Mate Kvirkviya, 90+6.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena", 16:30

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.

"Sabah" – "Qarabağ" 3:2
Qollar: Amin Seydiyev, 16. Jesse Sekidika, 38. Tellur Mütəllimov, 56 – Leandro Andrade, 7. Nəriman Axundzadə, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena", 19:00

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 66. Əhməd Tanrıverdiyev, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Baş məşqçi: Krunoslav Renduliç.
Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva.
Baş məşqçi: Qurban Qurbanov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar