Azərbaycan futbolu
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində turnir keçirilir
16.04.2024 | 17:47
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA-nın təşəbbüsü və dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş AzTU-nun fakültələri arasında futzal turniri keçirilir.
Sports.az xəbər verir ki, yarışda 8 komanda mübarizə aparır.
Oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunur.