Azərbaycan futbolu
Son çempion yarımfinalın ilk oyununda qələbə qazandı
17.04.2024 | 11:30
Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.
Sports.az xəbər verir ki, raundun ilk oyunları Bakı Tennis Akademiyasında keçirilib.
“Zirə”ni mübarizədən kənarlaşdıran “Aznur” “Real Bakı” ilə ilk görüşündə bərabərə qalıb - 2:2. Son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”nun qapısından 2 cavabsız top keçirib.
Cavab qarşılaşmaları aprelin 20-də gerçəkləşəcək.