Dünya futbolu
“Roma” İtaliya çempionatının bürünc medalını qazandı

25.05.2026 | 01:15
“Roma” İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün bürünc medalını qazanıb.
Sports.az xəbər verir ki, “canavarlar” A Seriyasının sonuncu, 38-ci turunun səfər oyunu çərçivəsində yarışın “qapazaltı”sı “Verona” üzərində 2:0 hesablı qələbəyə seviniblər.
“Roma” mövsümü 73 xalla yarış cədvəlinin 3-cü pilləsində başa vurub.
“Roma” həmçinin Çempionlar Liqasının növbəti mövsümündə iştirak hüququ qazanıb, “canavarlar” mötəbər yarışda mübarizəyə yarışın Liqa mərhələsindən başlayacaqlar.
Son xəbərlər





























