Dünya futbolu
“Vest Hem” İngiltərə Premyer Liqasın tərk etdi

25.05.2026 | 00:45
İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümü başa çatıb.
Sports.az xəbər verir ki, “Vest Hem” Premyer Liqanı tərk etmiş “Börnli” və “Vulverempton”a qoşulub.
“Çəkicdöyənlər” yarışın sonuncu, 38-ci turu çərçivəsində “Lids”i 3:0 hesabı ilə məğlub etsələr də bu, Premyer Liqada qalmaq üçün yetərli olmayıb. Belə ki, “Tottenhem” doğma meydanda “Everton”u 1:0 hesablı ilə məğlub edərək, yarış cədvəlində “Vest Hem”i qabaqlayıb.
Yekunda “Tottenhem” 41 xalla 17-ci, “Vest Hem” isə 39 xalla 18-ci yeri tutub.
Son xəbərlər





























