Dünya futbolu
“Milan” Çempionlar Liqasını əldən verdi

25.05.2026 | 02:15
İtaliya A Seriyasının cari mövsümünün sonuncu, 38-ci turu “Milan” üçün xoşagəlməz başa çatıb.
Sports.az xəbər verir ki, “rossoneri” doğma “San-Siro”da “Kalyari”yə gözlənilmədən 1:2 hesabı ilə məğlub olub.
Müvafiq məğlubiyyət “Milan”a baha başa gəlib, “rossoneri” Çempionlar Liqasının növbəti mövsümündə iştirak hüququnu əldən verib. Mövsümü 70 xalla yarış cədvəlinin 5-ci pilləsində başa vurmuş “Milan”, Avropa Liqasının növbəti mövsümündə iştirakla təsəlli tapmalı olacaq.
Son xəbərlər





























