Dünya futbolu
“Yuventus” Çempionlar Liqasından kənarda qaldı

25.05.2026 | 02:00
“Yuventus” Çempionlar Liqasının növbəti mövsümündə iştirakdan kənarda qalıb.
Sports.az xəbər veriri ki, sonuncu, 38-ci tur çərçivəsində səfərdə “Torino” ilə oyunda 2:0 hesablı üstünlüyünü əldən vermiş “byankoneri” 2:2 hesablı heç-heçə ilə barışmalı olub.
Çempionlar Liqasının növbəti mövsümündə iştirak hüququ üçün imkanı öz əlində olmayan “Qoca Sinyora”nın üzünə bəxt də gülməyib.
Belə ki, mövsümü 69 xalla yarış cədvəlinin 6-cı pilləsində başa vurmuş “Yuventus”, Avropa Liqasının növbəti mövsümündə iştirakla təsəlli tapmalı olacaq.
Son xəbərlər





























